21 Temmuz 2011 Perşembe

                                           BAKI AVROASIYA UNIVERSITETI


         


             Bakı Avrasiya Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrindən biri.

Universitet profilləşmiş ali təhsil müəssisəsi kimi 1992-ci ildən fəaliyyət gostərir və beynəlxalq munasibətlər, beynəlxalq iqtisadi munasibətlər, beynəlxalq hüquq, beynəlxalq jurnalistika və hüquqşünaslıq, gömrük işinin təşkili, sinxron tərcumə, tərcumə və s. istiqamətlərdə kadr hazırlığı aparır. 1992-ci ildən 2005-ci il iyun ayının 30-nacan Ali Diplomatiya Kolleci adi ilə fəaliyyət gostərmişdir. Həmin tarixdən Azərbaycan hökümətinin qərarı ilə adı dəyiştirilmiş və Baki Diplomatiya Universiteti adı ilə yenidən dovlət qeydiyyatına alınmışdır. 26 may 2006-cı ildə Azərbaycan hökümətinin qərarı ilə yenidən adi dəyiştirilmiş və Bakı Avrasiya Universiteti adi altında dovlət qeydiyyatından keçmişdir.
Universitet hazırda 4 beynəlxalq təşkilatın üzvüdür: Dünya Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər Universitetləri Birliyi, Mərkəzi və Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyi, MDB ölkələri Beynəlxalq Münasibətlər Universiteti Assosiasiyası, Qara Dəniz Hövzəsi Universitetləri Birliyi. Dunyanın 25-dən çox ölkəsinin (AmerikaBöyük BritaniyaFransaAlmaniyaTürkiyəYaponiyaRusiya və s.) qabaqcıl ali məktəbləri ilə tələbə, müəllim və təcrübə mübadiləsi aparır.
Bağlanmış əməkdaşlıq müqavilələri çərçıvəsində Universitetin tələbələri 2-ci kursdan etibarən bakalavr və magistr təhsillərini həmin ölkələrin ali məktəblərində davam etdirmək imkanı əldə edirlər. 3 pillədə: bakalavriatura, magistratura və doktorantura üzrə kadr hazırlığı həyata keçirilir.
Təhsil Azərbaycanrusingilis və bir sıra digər xarici dillərdə aparılır. Bakı Avrasiya Universitetində təhsil həm maddi-texniki baza təchizatı, həm tədrisin təşkili, həm də elmı-pedaqoji potensial baxımından muasir dünya standartlarına uyğun qurulmuşdur. Tələbələrə elmin və peşənin sirlərini tədris edən professor-müəllim heyəti, əsasən, respublikanın qabaqcıl elmi və pedaqoji xadimlərindən ibarətdir.
Bundan əlavə universitetdə Rusiya Pyotr Akademiyasının, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının, Rusiya Hüquq Akademiyasının və digər nüfuzlu elmi təşkilatların həqiqi və muxbir uzvləri, əməkdar elm və mədəniyyət xadimləri də çalışır.
Təhsil müddətini başa vuran məzunlara dövlət nümunəli ali təhsil diplomu verilir və onlar universitetdə, həmçinin digər ali təhsil müəssisələrində magistratura və aspiranturada təhsillərini davam etdirmək və ya ali təhsilli mutəxəssis kimi əmək fəaliyyətinə başlamaq hüququ qazanırlar. Tələbələr təhsil aldıqları müddətdə Universitetin kompyuter mərkəzi, internet şəbəkəsi, elektron kitabxanası və laboratoriyalarının xidmətlərindən istifadə edə bilərlər.